Fələstinlilərin İşğal Edilmiş Torpaqlarda İslam Əleyhdarı Paneli Təşkil edilməsinə Etirazı

Fələstin xalqı və bəzi Ərəb ölkələri fanatik və həddindən artıq sağçı Sionist millət vəkillərinin təşkil edəcəyi "İslamda Şiddət və Həddindən artıqlığın kökləri" ünvanındakı İslam əleyhdarı paneli şiddətlə tənqid etdilər. 


İran Quran Xəbər Agentliyinin Misir "Əlmisri Əlyevm" qəzetindən bildirdiyi xəbərə görə fanatik və həddindən artıq sağçı Sionist millət vəkillərinin 5 Mayda işğal altındakı torpaqlarda Yəhudi kilsəsində İslam əleyhdarı yığıncaq tənzimləmə hərəkəti Fələstin xalqı və bəzi Ərəb ölkələrinin şiddətlə qarşı çıxmalarıyla üz-üzə gəldi. 


Söz mövzusu panelin natiqi Sudanın paytaxtı Xartum şəhəri məscidinin əvvəlki Cümə imamı Sam Selumundur ki o İslam dinini rədd edərək mürtəd olmuş və Məsihiyyəti seçmişdir. Hal hazırda isə qərbin fanatiklərinin himayəsində Londonda yaşamaqdadır.

313NEWS.NET

В этом разделе