Fələstinlilər üçün zəhərli maddələr hazrılanır

"Haartez" qəzeti fələstinlilərin terror edilməsi məqsədilə işğal olunmuş Fələstin ərazilərində bir tədqiqat mərkəzində zəhərli maddələrin istehsal edilməsindən xəbər verib.

Azadxeber.az saytının Fələstinin informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Haartez qəzetinin şərhçilərindən olan Yusi Milman bu xəbər barədə bildirib: Sionist İsrailin mərkəzində Netsiyona şəhəri yaxınlığında biologiya tədqiqat mərkəzində zəhərli maddələrin istehsalı sahəsində fəaliyyət göstərilir.

Onun sözlərinə görə, bu mərkəz Fələstinin müqavimət qrupunun fəallarına qarşı terrorçu addımları həyata keçirmək məqsədilə zəhərli maddələr istehsal etməklə məşğuldur.

Diqqətinizə çatdıraq ki, sionist rejimin casusluq orqanı olan Mossad 1997-ci ildə Həmasın siyasi bürosunun şöbə müdiri Xalid Məşəlin əleyhinə nəticəsiz sui qəsd əməliyyatında bu tədqiqat mərkəzində istifadə olunan zəhərli maddələrdən istifadə edib.

Qəzetin şərhçisi əlavə olaraq deyib: "Fələstinin Azadlığı Naminə Xalq Cəbhəsinin məsul rəsmilərindən olan Vədi Həddad da 1978-ci ildə bu tədqiqat mərkəzinin tərəfindən istehsal olunan şokolad ilə qətlə yetirilib".

Yusi Milman xatırladıb: Ekspertlərin fikrincə, 2010-cu ildə Həmas rəhbərlərindən olan Mahmud Əl-Məbhunun əleyhinə su qəsd əməliyyatında Mossad tərəfindən istifadə olan zəhərli maddə isə sözügedən tədqiqat mərkəzinin istehsalı olmuşdur.

Qeyd edək ki, bu mərkəz kimyəvi və bioloji savaşlar əleyhinə mübarizə istiqamətində sionist rejimin mühafizə və müdafiə qabiliyyətini gücləndirməyə məsul və vəzifəlidir.

В этом разделе