BMT agentliyinin əsas rəhbər orqanı YUNESKO-nun Baş Konfransı bazar ertəsi Fələstinin bu təşkilata qəbul olunmasına səs verib
Fələstinin YUNESKO-ya qəbul olunması barədə qətnaməni 107 ölkə dəstəkləyib, 14 ölkə isə əleyhinə səs verib. Nümayəndə heyətlərinin çoxu mövcud qərarı alqışlarla qarşılayıblar.
Bu hadisə Fələstinin müstəqilliyinin tanınması yolunda ilk böyük uğur hesab olunur.