Yaxın şərqdə müharibə davam edir
Fələstinin HƏMAS təşkilatı İsrailin Qəzza sektoruna hücumlarına cavab olaraq, paytaxt Təl-əvivə raket zərbələri endirib. 313news-net-in "Fars" xəbər agentliyinə istinadlı xəbərinə görə, Səma xəbər agentliyi yaydığı məlumata əsasən, Fələstin müqaviməti 3-cü dəfə Təl-əvivi "Fəcr-5" raketləri ilə vurub.
Məlumata əsasən, sionistlərin havadan müdafiə sistemi raketlərdən birini aşkar edərək, paytaxtda və ətraf ərazilərdə həyəcan siqnalı yayıb.
Qeyd edək ki, İsrail paytaxtını 3-cü dəfə hədəfə alan "Fəcr-5" raketləri İran istehsalıdır.