Fələstin müqaviməti Təl-əvivi vurdu

İsrail paytaxtının bir hissəsində elektrik kəsilib

İsrailin Qəzza sektoruna təşkil etdiyi hücumlara cavab olaraq Fələstin müqaviməti cavab zərbələri endirib. 313news.net-in məlumatına əsasən, müqavimətin atdığı raket zərbəsi paytaxt Təl-əvivin cənubuna düşüb. Nəticədə elektrik kəsilib, yaşayış məntəqləri zülmətə qərq olub. Məlumatı İsrailin "Kanal 7" telekanalı yayıb.

"Yerusəlim post" qəzeti isə Fələstin döyüşçülərinin İsrailin cənubuna ən azı 13 raket zərbəsi endirdiklərini bildirib. 4 nəfər yaralanıb, 36 nəfər isə travma keçirərək xəstəxanaya yerləşdirilib. İsrail ordusunun bu hücumlara cavab zərbələri endirdiyi bildirilir (Birləşmiş Mətbuat).

 

В этом разделе