Fələstin Daxili Barış Görüşmələri Yenə Nəticəsiz Qaldı

Dünən axşam Qahirədə sona çatan Fələstin daxili barış görüşmələrində də bir nəticəyə gəlinmədi.


Fələstin qaynaqlarının bildirdiyinə görə daxili barış görüşmələri müvəffəqiyyətsizliklə nəticələndi. Buna baxmayaraq Fələstinli liderlər, May ayının üçüncü həftəsində bir dəfə daha bir araya gəlmək üzrə razılaşmağı qərara aldılar.

Fələstin mənbələrinə görə dördüncü dövr görüşmələrdə də təhlükəsizlik güclərini, Fələstin Qurtuluş Təşkilatı, seçkilər və Fələstin hökuməti üzərində bir razılaşmağa gəlinmədi.

İsra Xəbər məlumat verir ki, Qahirədə edilən bu görüşmələr yenə nəticəsiz qalınca Həmas heyəti, Qəzzəyə döndü. Heyət içərisində Fələstin Ədalət Naziri Məhəmməd Farac əl Ğulun da iştirak etdiyi öyrənildi.

Görüşmələr Niyə Müvəffəqiyyətsizliklə Nəticələndi?

Görüşmələrin müvəffəqiyyətsizliklə nəticələnməsində, Fələstin hökumətiylə əlaqədar sürən mübahisələr təsirli oldu. Fəth Həmasdan qurulacaq hökumətinin İsraili tanımasını istədi. Həmas isə bu tələbə qətiliklə qarşı olduğunu bildirdi.

Fələstin iç barış görüşmələrini yaxından izləyən Misirli jurnalist İbrahim Daravi də Fələstin Rəhbərliyi Başçısı Mahmud Abbasın əvvəlki gün etdiyi bir nitqində eyni şərti (İsraili tanıma) gündəmə gətirməsi, iç barış görüşmələrindəki müsbət havanı bir anda pozduğunu söylədi.

Görüşmələrin müvəffəqiyyətsizliklə nəticələnməsində ayrıca Qərb Şəriyədəki siyasi həbslər də təsirli oldu. Həmas, Qərb Şəriyədəki 600-dən çox siyasi məhbusun sərbəst buraxılmasını istədi. Fəth isə buna yanaşmadı və məhbusların siyasi olmadıqlarını elan etdi.

313NEWS.NET

В этом разделе