Fələstin BMT-yə şikayət etdi

Fələstin yəhudi məskunlaşmalarının dayandırılması üçün BMT-dən kömək istəyib

Fələstin rəhbərliyi Yaxın Şərqdə sülhün bərqərar olmasının qarşısında ən böyük maneə olan qeyri-qanuni yəhudi məskunlaşmalarından Birləşmiş Millətlər Təşkilatına şikayət edib- "deyerler" "dunyabulteni"nə istinadən xəbər verir.

Fələstinin BMT nümayəndəsi Riyad Mənsur məsələni Təhlükəsizlik Şurasının yanvar ayı boyunca sədrliyini icra edəcək Cənub Afrika Respublikasının səfiriylə müzakirə edib. Mənsur qeyri-qanuni yəhudi məskunlaşmalarının Fələstin torpaqlarını xərçəng xəstəliyi kimi əhatə etdiyini, problemin həllində ən böyük mane olduğunu söyləyib.

В этом разделе