Əsədə yaxın general ölkəni tərk edib

313news.net-in trtazerbaycan-a istinadən verdiyi xəbərə görə, Suriya Prezident Qvardiyası 105-ci alayının komandanı, general Menaf Tlaş ölkəni tərk edib.

Müxalifət mənbələri Hafiz Əsəd dövrünün müdafiə naziri Mustafa Abdulqadir Tlaşın oğlu olan Menaf Tlaşın ölkəsindən ayrılaraq Avropaya və ya başqa bir ölkəyə qaçdığını bildirib.

Tlaş dinc vətəndaşların zərər görməməsi üçün Dəməşqin Harasta və Duma bölgələrində rejim qüvvələri və müxalifət arasında vasitəçilik edərək hər iki qüvvəlin bölgədən ayrılmasını təmin etmiş şəxs kimi tanınır.

Generalın qardaşının aylar əvvəl Dubaya, atasının isə Fransaya getdiyi bildirilir. Xums yaxınlığındakı Əl-rastanda anadan olan Menaf Tlaş Əsəd ailəsinin yaxın çevrəsindəki bir neçə sünnüdən biri kimi tanınır.

В этом разделе