Əsəd Davudoğlunu İsraili vuracağı ilə hədələyib?

Suriya prezidentinin “6 saata Təl Əvivi raket yağmuruna tutacağıq” dediyi qeyd olunur

Suriya prezidenti Bəşər Əsəd Qərb ölkələrinin ölkəsinə hərbi müdaxilə edəcəyi təqdirdə İsraili raket “yağmuruna” tutacağını bildirib. Bu barədə İranın Fars agentliyi ərəb diplomatlarından birinə istinadən xəbər yayıb. Agentliyin xəbərində bildirilir ki, iki ay əvvəl Dəməşqə yollanıb Ankaranın və Qərb ölkələrinin adından Bəşər Əsədlə görüşən Davudoğlu Suriya lideri ilə 6 saat davam edən görüşündə ölkəsini gözləyən mümkün təhlükələr haqda xəbərdar edib. Davudoğlu Əsədə Suriyada Liviyada yaşananların təkrarlana biləcəyini deyib.

Xəbərdə bildirilir ki, buna cavab olaraq Əsəd deyib ki, “Dəməşqə qarşı hər hansı bir hərəkat olarsa, o zaman yüzlərlə raketi Colan təpəliklərinə çıxarıb ordan Təl-Əvivə atmaq üçün mənə 6 saat bəs edər. Eyni zamanda Hizbullahdan İsrail üzərinə atəş yağdırmasını istəyəcəm. Bunun necə nəticə verəcəyini hətta kəşfiyyat xidmətləri belə təsəvvür edə bilməyəcəklər. Sonrakı 3 saatda isə İran körfəszədki Amerika gəmilərini vuracaq, eyni zamanda ABŞ və Avropa Briliyinə aid bütün hədəflər dünyanın hər yerində hücuma məruz qalacaq. İraqın ən-Nəhil agentliyinin zəbərinə görə, Əsədin bu cavabından sonra Davudoğlu Ankaraya qayıdıb, eyni zamanda bu mesaj Türkiyənin digər müttəfiqləri ABŞ və Səudiyyə Ərəbistanına çatdırılıb.

Ancaq ötən gün rəsmi Ankara bu xəbəri təkzib edib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Səlcuq Ünal Əsədin “xarici müdaxilə olarsa Təl Əvivi vuracağıq” deməsi ilə bağlı xəbəri təkzib edib. S.Ünal xəbərin həqiqətə uyğun olmadığını Əsəd və Davudoğlu arasında son dövrlərdə heç bir görüşün olmadığını, eyni zamanda daha əvvəl olan görüşlərdə də bu cür fikirlərin gündəmə gətirilmədiyini deyib. /Yeni Müsavat/

В этом разделе