İslam-Azeri-nin Əl Əqsa telekanalına istinadlı xəbərinə görə Misirin Hizbullah və Həmasa qarşı ittihamlar və böhtanlarına üz ərəb birliyi reaksiya verib.
Ərəb Milli Konfransı, Ərəb Partiyalarının Ümumi Konfransı və İslami Milli Konfransı adlı qurumlar Misir rejiminin Hizbullah və Həmasla bağlı atdığı addımları pisləyərək belə olan halda Hizbullah və Həmasın yanında olduqlarını bildirib.
Üç qurumun bəyənatında: "Üç konfransımız, Misirdə Hizbullah hərəkətilə, onun baş katibi Hörmətli Nəsrullaha qarşı edilən təzyiqlərlə, Qəzzadakı müqavimətə silah çatdırmaq ittihamı ilə 49 nəfərin həbs olunmasını nifrətlə qarşılayırıq. İttihamda ilk öncə Hizbullah və Həmasa qarşı bir kampaniyaya çevrilərək Qəzzaya istiqamətlənmiş embarqo və mühasirənin davam etməsinə və Rafahın da bağlanılmasına bəhanədir. Həbs olunanlar, Qəzzadakı müqavimətə silah çatdırmaqla ittiham edilirlər. Bu bir ittihamdir. Əgər bu ittihamlar həqiqət olsa belə, o zaman bu bir şərəfdir və bunu edənlərin həbs olunmaması lazımdır"-deyilir.
Ərəblərin fələstinliləri dəstək etmələrinin vacib olduğunu bildirən bu üç qurumun yaydığı bəyənatda:"Sionist terrorçu rejiminin Qəzzanı mühasirədə saxlamasına qarşı qəzzalıların silahlanmasının və özlərini müdafiə etməyin bir haqq olduğu kimi ərəblərin də onlara kömək etməsi bir haqqdır"-önə çəkilir.
Son olaraq bəyənatda: "Üç konfrans olaraq, bu anda Hizbullah və Həmas hərəkətlərinə edilən hücumların Misirin mənfəətlərinə, Fələstin iddiasına etdiyi dəstəyə və tarixi missiyasına zərər verdiyinə inanırıq. Bu səbəblə, edilən hücumlara son verilməsini və məhkəmələri maraqlandıran mövzuların siyasətə alət edilməməsini istəyirik. Ayrıca Misir hökumətindən, Sionist hücumları dayandıra biləcək tək güc vəziyyətində olan Livan, Fələstin və İraqdakı müqavimətlə əlaqələrini düzəltməsini istəyirik"-deyilir.
İslam-Azeri.az
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016