Ərəbistandan Türkiyəyə rekord həcmdə yardım

Kral Abdulla Türkiyənin Van vilayətindəki zəlzələdə zərər çəkənlərə 50 milyon dollar yardım ayırıb

Səudiyyə Ərəbistanı Türkiyənin Van vilayətindəki zəlzələdə zərər çəkənlərə 50 milyon dollar yardım ayırıb. Ölkənin rəsmi dövlət agentliyinin yaydığı xəbərə görə, kral Abdulla ianənin zəlzələ bölgəsinə göndərilməsi üçün təlimat verib. Məlumata görə, kral bu yardımın Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı qardaşlığı əks etdirdiyini deyib-"anspress" "cihan"a istinadən xəbər verir.

Xatırladaq ki, oktyabrın 23-də Türkiyənin Van vilayətində baş vermiş 7.2 ballıq zəlzələdə 500-dən çox ölən, 2 000-ə yaxın yaralanan olub.

В этом разделе