Ərəb Liqası Suriyadakı missiyasını dayandırır

Liqa BMT Təhlükəsizlik Şurasına vəsatət qaldırmağa hazırlaşır

Anspress xəbər verir ki, hökümət əleyhinə etirazların 10 ay davam etdiyi Suriyada vəziyyət gərgin olaraq qalmaqdadır. Ötən gün Ərəb Liqası Suriyadakı müşahidə missiyasınının dayandırıldığını elan edib. Qurumun baş katibi Nabil Ələrəbi verdiyi bəyanatda bu mühüm qərarı Suriyada zorakılıq hallarının artımı və ölkədaxili vəziyyətin kritik həddə çatması ilə əsaslandırıb.

Suriyada müşhadə missiyasın xitam verilməsinə qədər ərəb ölkələrindən olan 100-ə yaxın müşahidəçi müvəqqəti olaraq paytaxt Dəməşqdə qalacaq. Gələn həftənin birinci günü Ərəb Liqası Xarici İşlər Nazirlərinin növbəti iclasında müşahidəçilərin adı çəkilən ölkədən çıxarılması ilə bağlı plan müzakirə ediləcək. Qeyd edək ki, Ərəb Liqasının müşahidə missiyası ötən ilin dekabr ayında təşkil edilib. Missiyanın əsas məqsədi Suriyada hökümətin zorakılığın dayandırılması haqqında Ərəb Liqası planının şərtlərinə hansı dərəcə əməl etməsini müəyyənləşdirməkdən ibarət idi.

Blok ötən həftə missiyanın vaxtını uzatsa da sonradan Körfəz ölkələrinin öz müşahidəçilərini geri çağırması Ərəb Liqasını çətin vəziyyətdə qoydu. Suriyalı fəallar və xaricdə yaşayan diaspora 1 ay ərzində ölkədə qətliamlara son qoymaqda aciz olduğuna görə Ərəb Liqasının məsələni BMT- TƏhlükəsizlik şurasına qaldırmasını tələb edir.

"Əl-Cəzirə" kanalının verdiyi məlumata əsasən Ərəb Liqası başçısı və Qatarın baş naziri Həməd Əl Zani Ərəb Liqasının Suriyayla bağlı planına BMT-nin dəstəyini qazanmaq üçün artıq Nyu-Yorka yola düşməyə hazırlaşır. Ərəb Liqasının eyni zamanda Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya ilə də danışıqlara başladığı bildirilir. Əvəllər Suriya hökümətinə qarşı qətnamələrə veto qoyan rəsmi Moskvanın son bəyanatlarda Suriyada baş verənləri pisləməsi gələcəkdə Rusiyanın da Ərəb Liqasın planı üzərində qurulacaq BMT qətnamələrini dəstəkləyəcəyinə yeni ümidlər yaradır.

Bu arada dünən hökumət qüvvələrinin etirazçılara qarşı zorakılığı davam edib. Yerli fəallar ötən gün ölkə ərazisində azı 80 nəfərin öldürüldüyünü xəbər verir. BMT mart ayından bəri hökümət əleyhinə etirazlar zamanı 5 mindən çox insanın qətlə yetirildiyini xəbər verir.

В этом разделе