Ərəb Birliyindən "boykot" çağırışı

Ərəb Birliyi, dünya liderlərinə məktub göndərərək, İsrailin ev sahibliyində bu həftə Qüdsdə edilməsi planlanan Beynəlxalq Turizm Konfransını boykot etmə çağırışı etdi.



Misirdə İngiliscə nəşr olunan ''The Egyptian Gazette''nin intenet saytında yer alan xəbərdə , Ərəb Birliyi Ümumi Sekretar Köməkçisi Məhəmməd Sabih, ''Ərəb Birliyinin, Qərb Şəriyədə İsrailli məskunlaşma yerləri inşasının davam etdirilməsini göz önünə götürərək, bütün ölkələrin bu konfransı boykot etməyə çağırdı'' söylədi.


Ərəb ölkələri və Fələstinin Şərq Qüdsü 'Fələstin Dövlətinin gələcəkdəki paytaxtı' olaraq gördüyü xatırladılan xəbərdə, haqqında danışılan konfransın, İsrailin 'Qüdsün öz paytaxtı olduğu' istiqamətindəki iddialarının tanınmasına yol aça biləcəyindən narahatlıq edildiyi vurğulandı.


Konfransın, Beynəlxalq Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən təşkil edildiyi və Çərşənbə günü Qüdsdə başlayacağı ifadə edilən xəbərdə, Türkiyə, İngiltərə və İspaniyanın bu konfransa qatılmama qərarı aldıqlarına qeyd edildi.

 

В этом разделе