Ərdoğanın anası vəfat etdi

Tənzilə Ərdoğan müalicə olunduğu xəstəxanada vəfat edib

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın anası Tənzilə Ərdoğan müalicə olunduğu xəstəxanada vəfat edib. Qeyd edək ki, Tənzilə Ərdoğan oktyabrın 1-də İstanbul Medipol Xəstəxanasında öd kisəsindən əməliyyat olunmuşdu.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın anasının vəfatı ilə bağlı ona başsağlığı verib, Türkiyənin baş nazirinə və onun ailəsinə Allahdan səbr diləyib.

Həmçinin QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə də qardaş ölkənin baş nazirinə baş sağlığı göndərib. Paşazadənin bu gün dəfn mərasimində iştirak etmək üçün İstanbula səfər edəcəyi bildirilir.

В этом разделе