Ərdoğan: "Türkiyə ittihamlara qarşı tarixi sənədlərlə cavab verəcək"

Dekabrın 22-də Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinə qarşı edilən əsassız erməni iddialarına qarşı tarixi sənədlərlə cavab veriləcəyini bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “TRT Haber” tekekanalı məlumat verib.

Dekabrın 22-də Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib. Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib. Yeni qanun layihəsi qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

В этом разделе