Ərdoğan: "Fransa xalqının səsini yüksəltməsini gözləyirik"

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin televiziya kanallarında yayımlanan "Xalqa çağırış" proqramında vətəndaşlara səslənib

SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Ərdoğan qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa Senatında qəbul edilməsi ilə bağlı deyib: "İkinci Dünya müharibəsindən sonra, Avropa daxilində bir daha qarşıdurma yaşanmaması üçün birlik qurmağı əsas vəzifəsi sayan Fransa, bu gün ayrı-seçkiliyin, irqçiliyin, qarşıdurmanın dilindən istifadə edir. İntibah dövründəki Fransa, ağılı əsas tutan Fransa idi. Sarkozi dövründəki Fransanın əsasında isı qeyri-obyektivlik, sərsəmlik dayanır. Biz Türkiyə olaraq, Fransada böyüməkdə olan bu zəhərli sarmaşığın daha çox boy atmaması üçün fransız dostlarımızın, Fransa xalqının səsini yüksəltməsini gözləyirik. Bu mərhələdə, qanun təklifinə qarşı səs verən senatorların Konstitusiya Şurasına müraciət etmələri üçün lazım olan cəhdləri davam etdiririk. İnanıram ki, Fransadakı sağlam fikir, Sarkozinin liderlik etdiyi bu irqçilik və ayrı-seçkiliyə, bu Türkiyə düşmənçiliyinə "Dur!" deyəcək. Türkiyə böyük bir ölkədir və özünə yaraşan bir şəkildə hərəkət edəcək. Hadisələrin gedişatına uyğun davranacaq, sanksiyalarımızı mərhələlərlə tətbiq edəcəyik".

В этом разделе