Ərdoğan Qəzza sektoruna səfər edəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzza sektoruna səfər etmək niyyətindədir

Trend-in məlumatına görə, bu barədə "Həmas" təşkilatının lideri İsmayıl Haniyənin sözlərinə istinadən "CNN Türk" telekanalı xəbər yayıb.
Buna baxmayaraq o, Erdoğanın səfər vaxtını dəqiqləşdirməyərək qeyd edib ki, səfər yaxın vaxtlarda baş tutacaq. Haniyənin sözlərinə görə, Türkiyə və İsrail arasında əlaqələrin normallaşması rəsmi Ankaranın diplomatik qələbəsidir.

"Mən əminəm ki, əgər İsrail Türkiyəyə Qəzza sektorunun blokadasını aradan qaldırmağa söz veribsə, rəsmi Təl-Əviv vədinə əməl edəcək", - deyə Haniyə bildirib.

В этом разделе