Davos "qiyamı"ndan sonra baş nazir blokadanı şəxsən yarır
Türkiyə baş naziri Rəcəb Teyyib Ərdoğan Fələstinin Qəzza sektoruna səfər edəcək. Qəzza sektoru İsrailin blokadasındadır və tez-tez yəhudi basqınlarına məruz qalır. 313news.net-in Türkiyə mətbuatına istinadlı xəbərinə görə, yaxın günlərdə Misirə səfər edəcək Ərdoğan, buradan "Rəfah qapısı"ndan keçməklə Qəzzaya daxil olacaq. Bəzi məlumatlara görə, bu məsələ artıq Misir hökuməti ilə razılaşdırılıb.
Qəzzaya səfər öncəsi isə Ərdoğanın Qahirənin məşhur Təhrir meydanında çıxışı planlaşdırılır.
Məlumata görə, Ərdoğan bu səfəri daha tez planlaşdırmışdı, amma BMT-nin "Mavi Mərmərə" hesabatını gözlədiyinə görə, gecikdirib. Səfərin sentyabrın 13-14-nə planlaşdırılıdığı bildirilir.