PKK lideri Abdulla Öcalan həbsxanadan Türkiyə hökumətinə mesaj göndərib
Ömürlük həbs cəzası çəkən separatçı Kürd Fəhlə Partiyasının (PKK) lideri Abdulla Öcalan Türkiyə hökumətinə müharibə elan edib. Separatçılara yaxın internet portalının birininin verdiyi məlumata görə, A.Öcalan iyunun 12-də Türkiyədə keçiriləcək parlament seçkilərindən sonra kürd probleminin həllini tapmayacağı halda böyük müharibənin olacağını iddia edib. O bildirib ki, iyunun 15-dən sonra kürd probleminin həlli ya böyük razılıqla, yaxud da ki, böyük müharibə ilə bitməlidir. “Əgər böyük müharibə baş qaldırsa, hazırki hökumət 3 ay belə davam gətirə bilməyəcək”, - deyə o qeyd edib-ANS PRESS "rian" portalına istinadən xəbər verir.
Öcalanın bu bəyanatı vəkilləri ilə keçirilən görüşdə razılaşdırıldıqdan sonra mətbuatda dərc olunub.
“Böyük savaş həm kəndlərdə, həm şəhərlərdə baş qaldıra bilər və bunun nəticələri olduqca acı olacaq. Mən artıq demişdim ki, bu böyük savaş küçələrdə, şəhərlərdə genişlənəcək və böyük bir vətəndaş müharibəsinə çevrilə bilər. Təkrar edirəm, əgər vətəndaş müharibəsi başlayarsa, bu nəinki kürdlərə, hər kəsə aid ediləcək”, - deyə Öcalan hədə-qorxu gəlib.