Ərdoğan İsrail səfirini iftar süfrəsinə dəvət etmədi

R.T.Ərdoğan

Qabi Levi: "Dəvət edilmədiyim yerə necə gedə bilərəm?"

"ANSPRESS"in məlumatına görə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Ramazan ayının ikinci günündə Türkiyədə olan xarici ölkə səfirlərini iftar süfrəsinə qonaq edib. Lakin İsrailin Türkiyədəki səfiri Qabi Levi iftar süfrəsinə dəvət edilməyib.
İsrailli diplomat “CNN TÜRK”ə verdiyi açıqlamada iftar qonaqlığına dəvət edimədiyi təsdiqləyib: “Dəvət edilmədiyim yerə necə gedə bilərəm?".

Türkiyə hökuməti İsrailin "Azadlıq donanması"na hücum etməsi ilə əlaqədar üzr istəməsini və Türkiyənin tələblərini yerinə yetirməyəcəyi təqdirdə, istənilən mühitdə tənha qalacağını bəyan edib. İftar süfrəsinə İsrail səfirinin dəvət edilməməsi də bu siyasətin bir nəticəsi olaraq dəyərləndirilib

В этом разделе