Ərdoğan Ermənistana yenə də meydan oxudu

“Biz bütün arxivlərimizi açırıq, varsa Ermənistan da açsın”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilin yekunlarına dair ölkə xalqına müraciət edib. Baş nazirin əsas mövzusu isə Fransa parlamentində qəbul edilən qondarma soyqırımını cinayət sayan qanun layihəsi olub. Ərdoğan parlamentlərinin işinin tarix yazmaq olmadığını deyib və bir daha Ermənistanı tarix arxivlərini açmağa dəvət edib- "anspress" xəbər verir.

“Biz hər fürsətdə, çox səmimi bir şəkildə bir şeyi vurğulayırıq. Gəlin 1915-ci ildə baş vermiş hadisələr, sənədlər, arxivlər, elmi araşdırmaların işığında danışaq, müzakirə edək, məsələyə aydınlıq gətirək. Biz bütün arxivlərimizi açırıq. Varsa Ermənistan da açsın. Üçüncü ölkələrdə varsa onlar da açsınlar və hüquqçuları, siyasətçiləri tarixçiləri bu işə cəlb edək onlar məşğul olsunlar və beləcə həqiqəti əldə edək. Bu tarixçilərin işidir” – deyə Ərdoğan bildirib.

Türkiyə tarixinin üçüncü ölkələr tərəfindən siyasi vasitə və seçki vəədi kimi istifadə edilməsinin qarşısını almağa çalışdıqlarını deyən baş nazir bu işə cəsarətlə davam edəcəklərini bildirib. “Parlamentdə heç vaxt tarix yazılmaz. Biz tariximizlə üzləşərik və üzləşirik də. Tariximizdəki hər hadisənin hərtərəfli araşdırılmasını, həqiqətlərin meydana çıxmasını hər fürsətdə təşviq edirik. Amma tariximizin üçüncü ölkələr tərəfindən daxili siyasət və seçkidə qalibiyyət əldə etmək üçün istifadə olunması qarşısında hüquqi reaksiyamızı bildiririk və buna cəsarətlə davam edirik”.

В этом разделе