Ərdoğan: “Bütün ölkələr BMT Təhlükəsizlik Şurasının üzvü olmalıdır”

"Dünyanın bütün ölkələri BMT Təhlükəsizlik Şurasının üzvü olmalıdır"

İndoneziyanın Bali şəhərində 5-ci Demokratiya Forumunun bağlanma mərasimində Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir bəyanatla çıxış edib, - “Lenta” xəbər verir.

“Mən BMT Təhlükəsizlik Şurasında daimi və qeyri-daimi üzvlük kimi ayrı-seçkiliyin əleyhinəyəm. Bütün dünya ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır”, - deyə Ərdoğan vurğulayıb.

Ərdoğan BMT-dəki üzvlük barədə islahatlar aparılmasını təklif edib. Onun sözlərinə görə, bütün ölkələrin üzv qəbul olunması üçün bir il müəyyən edilə bilər. Ərdoğanın fikrincə bütün ölkələrə burada bərabər hüquqlar verilməlidir.

“Əgər hazırki daimi üzvlərə baxsaq, onların yalnız üç materiki təmsil etdiyini görərik. Digər materiklər niyə təmsil olunmur? Dini baxımından bütün dinlər təmsil olunubmu? Buna görə də ədalətlilik gözləmək qeyri-mümkündür. Biz görürük ki, burada qərarlar ideoloji çıxarılardan qəbul edilir”, - deyə Türkiyə baş naziri vurğulayıb.

/Deyerler.org/

В этом разделе