Məhəmməd Rza Rəhimi Ərdoğanı “İslam markası” adlandıraraq, onunla qürur duyduqlarını bildirib.
İran prezidenti Əhmədi Necad Türkiyənin Baş nazirinin işğalçı İsrail rejimə qarşı mövqeyinin onları sevindirdiyini bildirib.
Əhmədi Necad R.T.Ərdoğanın regionla bağlı son dövrlərdə yürütdüyü siyasətin ölkəsində müsbət reaksiya doğurduğunu deyib. İran prezidentinin köməkçisi Məhəmməd Rza Rəhimi isə Ərdoğanı “İslam markası” adlandıraraq, onunla qürur duyduqlarını bildirib.
“Biz Ərdoğanı dürüst və təmiz bir həyat tərzi sürən siyasətçi kimi tanıyırıq. Türkiyənin Baş naziri bir islam markasıdır. Biz qonşuluqda belə bir siyasətçinin olmasından dolayı xoşbəxtik. Türkiyə müstəqildir və cənab Ərdoğan kimi bir liderin rəhbərliyi altındadır”, - deyə M.R.Rəhimi qeyd edib.
Mətbuata qapalı keçirilən Ərdoğan-Əhmədi Necad görüşündə İranın nüvə proqramı, İsraillə münasibətlər, eləcə də terrora qarşı mübarizə məsələləri müzakirə olunub.
/haberturk/
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016