Türkiyənin Baş naziri Con Hopkins Universitetində məruzə ilə çıxış edib
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra Con Hopkins Universitetində məruzə ilə çıxış edib. Daha sonra isə Baş nazir xarici siyasətlə bağlı sualları cavablandırıb.
Obamanın erməni soyqırımı iddiaları ilə bağlı fikrini dəyişməməsi ilə əlaqədar suala cavabında Ərdoğan xatırladıb ki, erməni həmkarına məktub yazaraq 1915-ci il hadisələri ilə bağlı ortaq tarix komissiyası yaradılması və arxivləri açmağı təklif edib.
''Lobbiçiliklə mən belə düşünürəm demək olmaz. Mənim əcdadım soyqırım etməyib, etməz də'', deyə Ərdoğan vurğulayıb. Əhalinin köçürülməsi ilə bağlı açıq və dəqiq sənədlər olduğunu deyən Ərdoğan, o zamankı rəhbərliyin verdiyi qərarlar çərçivəsində köçürülmə əsnasında təhlükəsizlik tədbirləri görüldüyünü və bu sənədləri şəxsən gördüyünü açıqlayıb. Ərdoğan, soyqırım iddialarının hansı dəlilə söykəndiyini anlamanın mümkün olmadığını vurğulayıb. /anspress/
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016