Əllamə Fəzlullah Moskva terrorunu qınadı

Əllamə Fəzlullah

Bu barədə Ayətullah Fəzlullahın ofisindən məlumat yayılıb.

İslam-Azeri.az bayynat.org.lb saytına istinadən verdiyi xəbərə görə Livanın ən tanınmış nüfuzlu mərcei təqlid müctehidi Ayətullah Seyyid Məhəmməd Huseyn Fəzlullah Moskva metrosundakı terrora münasibət bildirib.

O bu terrorun insaniyyətə yaraşmayan əməl adlandıraraq deyib: "Bu əməllər dini, insani meyyarlarla sığmayan əməllərdir ki, İslam bunu açıq-aşkar ittiham edir və buna bəraət qazandırmır".

Əllamə Fəzlullah bu terroru insaniyyətə hücum kimi dəyərləndirərək, günahsız insanların qətlini böyük günah olduğunu qeyd edib.

В этом разделе