Əllamə Fəzlullah bəzi ərəb ölkələrinin İran əleyhinə təbliğatını sərt tənqid edib

Beyrut şəhərinin cümə xətibi və Livan mərceyi təqlidlərindən olan əllamə Seyid Muhəmməd Hüseyn Fəzlullah bu həftənin cümə namazının xütbələrində İmameyn-Həsəneyn məscidində bəyan etdi ki, ərəblər İsrail müqabilində mühüm məsələrəlində və müşküllərində onları himayə adən İrandan başqa heç bir müttəfiq tapmayacaqlar,- İRNA xəbər verir.


Əllamə, Cenevrədə keçirilən irqçilik əleyhinə konfransa işarə edərək bildirdi ki, Amerika və Avropa ölkələri İsrail rejiminin xeyrinə konfrasda iştirak etmədilər. “Çünki qorxurdular ki, bu konfransın yekun sənədlərində İsrail rejimi irqçi siyasətlərinə görə məhkum oluna”, – deyə əllamə bildirmişdir. O, həmçinin Avropa ölkələrinin nümayəndələrinin Əhmədinejadın çıxışı zamanı konfransı tərk etməsinə işarə edərək ərəb ölkələrinin nümayəndələri Əhmədinejadın sözlərini dəstəkləməli və bu önəmli addımı davam etməyə səy göstərmələrinin vacibliyini qeyd etmişdir. Əllamə Seyid Muhəmməd Hüseyn Fəzlullah, o cümlədən bəzi ərəb ölkələrini İrana qarşı apardığı təbliğata görə tənqid atəşinə tutdu. "Dəyərlər"

В этом разделе