“Əli ibni Əbu Talib (ə)” məscidi söküləcək?

İsrail rejimi Fələstində “Əli ibni Əbu Talib (ə)” məscidini sökmək qərarı verib.

313news.net  saytının deyerler.org saytına istinadən verdiyi məlumata görə Fələstinin HƏMAS hakimiyyəti, sionist İsrail rejiminin Fələstinin İordan çayının qərb sahilind ə “Əli ibni Əbu Talib (ə)” məscidinin sökülməsi barədə qərar verməsindən sonra Ərəb Ölkələri Liqası və İslam Əməkdaşlıq Təşkilatına müraciət edərək, onlardan məscidlərin dağıdılmasına qarşı tədbirlər görülməsini tələb edib, - “İqna” xəbər verir.

“Sionist İsrail rejiminin “Əli inbni Əbu Talib (ə)” məscidini sökmək barədə verdiyi qərar bütün müsəlmanları hiddətləndirib. Ötən ay isə İsrail rejimi Fələstin torpaqlarını ələ keçirmək üçün Brukin əyalətində yerləşən institutlardan birini sökmək barədə qərar verib. Biz dünya ictimaiyyətinə müraciət edərək, bununla bağlı təcili tədbirlər görməyə çağırırıq”, - deyə HƏMAS-ın bəyanatında bildirilir.

В этом разделе