“Əl-Qaidə”dən terror açıqlaması

“Əl-Qaidə” İraqda törədilən terrorların məsuliyyətini öz üzərinə götürdü.

İslamazeri.az-ın FHA-ya istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən və bu ölkədən idarə olunan “İnnəl Müslim” adlı internet saytı vasitəsi ilə bəyanat yayan “Əl-Qaidə” törədilən terrorların İraq prezidentinin sabiq köməkçisi Tarıq Əl-Haşimiyə qarşı məhkəmənin çıxardığı edam hökmünə cavab olduğunu açıqlayıb.

Yayılan bəyanatda yüzlərlə insanın öldürülməsi münasibəti ilə “Əl-Qaidə ” tərəfdarlarına təbrik mesajını çatdırıb.

Qeyd edək ki, bazar ertəsi İraqın müxtəlif bölgələrində törədilən 11 terror aktı nəticəsində 105 nəfər öldürülmüş, 400-dən çox insan yaralanmışdı.

islamazeri

В этом разделе