"Əl-Qaidə" təşkilatının Yəməndəki hərbi lideri Qasım əl-Rimi Səudiyyə Ərəbistanı rəhbərliyini kafir adlandıraraq onları öldürməyə çağırıb.
islam-azeri.az saytının verdiyi məlumata görə öz müraciətində Rimi kral Abdulla ben Əbdüləzizi və onun oğlu və vəliəhdi Məhəmmədi kafir adlandırıb.Rimi Səudiyyə Ərəbistanı polisinin fevralın 5-də ölkənin daxili işlər nazirliyi binasının qarşısında qohumlarının azad olunması tələbi ilə mitinq keçirən qadınları həbs edərək döydüklərini bildirib.Onun sözlərinə görə, qadınları daxili işlər nazirinin müavini ilə görüşmək adı altında aldadaraq avtobuslara mindirib həbsxanaya aparıblar.