Məscidin yəhudi hücumlarından müdafiəsi davam edir
“timeturk.com” internet portalında yerləşdirilən xəbərə görə, 200-ədək fələstinli məsciddə gecə-gündüz keşik çəkir. Gündüzləri oruc tutmaqla keçirən fələstinli gənclər gecələri ibadətlə keçirirlər. İsrail polisinin əlinə keçməmək üçün gecələri əl-Əqsa məscidinin işıqlarını söndürən keşikçilər - mürabitlər dəstəmaz almaq üçün məscidi tərk etdikləri zaman polisin onları həbs etməsindən yayınmağa çalışırlar.
Fələstin İslam Hərəkatının Qüds İşləri müşaviri və ötən şənbədən bəri məsciddə gecələyən Əli əbu Şeyxa məscid keşikçilərinin vaxtlarını nizamlamaq surətilə hələ uzun müddət müqəddəs məkanı mühafizə etməyə çalışdıqlarını bildirib. Əbu Şeyxanın sözlərinə görə, mürabitlər məscidin Məğrib qapısını xüsusilə müdafiə edirlər. Belə ki, yəhudilər əl-Əqsa məscidə əsasən bu qapıdan soxulmağa çalışırlar.
Qeyd edək ki, İsrail polisi 6 gündür ki, əl-Əqsa məscidini mühasirədə saxlayır.
/timeturk/
/AzeriMuslims/
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016