Əl-Əqsa ətrafında 100 sinaqoq tikilir

İsrail rejimi Əl-Əqsa ətrafında yüzə yaxın sinaqoq tikir. Fələstinin İslam hərəkatının lideri Şeyx Raid Saleh bildirib ki, İsrail rejimi müqəddəs Əl-Əqsa ətrafının yəhudiləşdirilməsi kampaniyasını gücləndirib. O, xüsusilə qeyd edib ki, sionistlər müqəddəs Əl-Əqsa məscidi ətrafında yüzlərlə sinaqoq inşa etmək üçün xüsusi plan hazırlayıb, - İslam.ru xəbər verir.

Cümə xütbəsi zamanı o Raid Saleh bildirib ki, işğalçı sionist rejimi İslamın müqəddəs məkanı ətrafında fələstinlilərin evini sökməklə əslində bədnam planı icra etməyə çalışır. Onun sözlərinə görə, artıq 40 ilə yaxındır ki, Əl-Əqsa məscidinin altından aparılan qazıntılar müqəddəs məkanın dağıdılmasına istiqamətlənib. Şeyx Saleh onu da əlavə edib ki, sionist hökuməti artıq açıq şəkildə bəyan edib ki, Əl-Əqsa kompleksinin qərb hissəsində dünyanın ən böyük sinaqoqu inşa edəcək.

“İslam-azəri” saytının baş redaktoru Hacı Ramin Bayramov “Dəyərlər”ə bununla bağlı şərhində bildirmişdir: “Təqribən 20-25 gün bundan qabaq bir araşdırma mərkəzi də belə bir məlumat yaymışdı. Məlumata əsasən tarixi saxtalaşdırmaq üçün İsrail rejimi Əl-Əqsanın altında təqribən 300-dək otaq tikib. Bu otaqlardan bir neçəsini guya qədim sinaqoqlar adı ilə tikiblər. Onlar hərtərəfli çalışırlar ki, gələcəkdə Əl-Əqsanı tamamilə məhv etsinlər. Bununla onlar dünyaya sübut etmək istəyirlər ki, bu ərazilər İsrail ərazisidir. Qüdsün imam-cüməsinin də bu cür açıqlamaları da dünyaya müraciətdir. Artıq dünyanın bir çox ölkələrindəki cümə namazlarında da qeyd edilməkdədir ki, Əl-Əqsa təhlükədədir. Ola bilər ki, İsrail rejiminin artıq bu cür hərəkətlərindən sonra İslam alimləri də birgə bəyanatlar verərlər. Çox ümid edirik ki, İslam aləmi birləşər və Əl-Əqsanın, Qüdsün yəhudiləşdirilməsinə yol verməsinlər”. "Dəyərlər"


В этом разделе