Əhməd Özal: "Turqut Özalın zəhərlənməsində Almaniyanın iştirakı var"

Türkiyənin keçmiş prezidenti Turqut Özalın 1993-cü ildə zəhərlənməsi və ölümündə Avropa İttifaqının, o cümlədən Aİ-nin lideri Almaniyanın əli var.

Trend-in məlumatına görə, bu barədə "Haberturk" qəzetinə müsahibəsində keçmiş prezidentin oğlu Əhməd Özal bildirib.

Onun fikrincə, Fransanın da onun atasının ölümü ilə əlaqəsi ola bilər.

Bir müddət əvvəl "Bugün" qəzeti Türkiyənin keçmiş prezidenti Turqut Özalın cəsədindən götürülən toxuma nümunələrinin analizinin zəhərlənmə əlamətlərini aşkara çıxardığı barədə məlumat vermişdi.

Qəzetin məlumatına görə, analiz üçün götürülən nümunələrdə Özalın ölümünə səbəb olan müəyyən miqdarda çox güclü təsirə malik strixnin zəhəri aşkar edilib.

В этом разделе