Əhməd Davudoğlu: “Türkiyə öz ərazisindən İrana hücum edilməsinə icazə verməyəcək”

“Türkiyə öz ərazisindən İrana qarşı hərbi əməliyyatların keçirilməsinə icazə veməyəcək”

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi brifinqdə deyib. A. Davudoğlu Türkiyənin NATO-dakı fəaliyyətinin heç vaxt qonşu ölkələr olan İran və Rusiyaya qarşı yönəlmədiyini söyləyib: “Türkiyə ilə İranın sərhədi hər zaman barış, sülh sərhədi olub”.

В этом разделе