Terrorçular əhalini qırmaqda davam edir
Suriyanın paytaxtı Dəməşqdə bazar ertəsi baş vermiş partlayış nəticəsində ən azı 11 nəfər həlak olub, onlarla insan isə yaralanıb. APA-nın xəbərinə görə bu barədə SANA agentliyi məlumat yayıb.
İlkin məlumatlara görə, partlayışı şəhərin Mazzeh adlı rayonunda terrorçu-kamikadze həyata keçirib. Dəməşqin cənub-şərqində yerləşən bu rayonda əsasən prezident Bəşər Əsədin tərəfdarlarının yaşadığı bildirilir.
Suriya hüquq müdafiəçiləri yaralananlar arasında uşaqların olduğunu bildiriblər.