DEBKA-dan şok iddia: İsrail İrana hücum edəcəkmiş

İslam-Azerinin İSRA Haberə istinadlı xəbərinə görə, Sionist rejim hərbi kəşfiyyat mənbələrinin xəbərlərini yayımlayan DEBKA internet saytı, İranın 17 Apreldəki Ordu Günündə İranın hava qüvvəsinə hücum etməyi planladığını iddia edib.


İran Ordu Günü tədbirlərində, 17 Apreldəki mərasimdə, 140 döyüş təyyarəsinin eyni anda uçaraq İranın hava qüvvəsini göstərəcəyini ifadə etmiş, lakin hava şəraitinin pis olmasına görə İran döyüş təyyarələrinin uçmasını təxirə salmışdı.

DEBKA, İsrail 17 Apreldəki ordu tədbirlərində və manevrlər əsnasında İsrailin İranın döyüş təyyarələrinə qarşı havada böyük bir hücum planladığını iddia edib.

DEBKA, "İsrail Mehrabad hava limanında toplanan və İran Ordu Günündə Tehran səmalarında nümayiş edəcək 140 hərbi təyyarəsinin hamısını bir anda yox etməyi planlamışdı. Lakin döyüş təyyarələrinin manevri ağır və çətin hava şəraitinə görə ləğv edilmişdi" deyib.

İran Hava Qüvvətləri Komandiri General Həsən Şah Safi mövzu ilə əlaqədar verdiyi açıqlamada "toz buludlarının səbəb olduğu problemlərdən dolayı təyyarələrin uçuşunu ləğv etmək məcburiyyətində qaldıq" şəklində çıxış edib.

DEBKA, İsrail hərbi kəşfiyyatına istinad edərək yaydığı xəbərə görə, İranın hərbi təyyarələrinin uçuşu Rusiyadan gələn gizli bir xəbərdarlıqdan sonra ləğv edilib.

DEBKA "Moskva casus peykləri vasitəsiylə əldə etdiyi məlumatları İranlılara çatdıraraq, İsrail hava limanındakı döyüş təyyarələrinin İranın 140 hərbi təyyarəsini yox etmək və nüvə təsislərini yox etmək üçün böyük bir hücum planlaşdırdığı təqdim etdiyi"-ni bildirir.

İsrail İrana hücum xülyalarından hec cürə əl çəkmək istəmir.

İslam-Azeri.az


В этом разделе