Davudoğlu: "İsrailin Türkiyədən üzr istəməsini ABŞ-ın uğuru kimi qiymətləndirmək olmaz"

"İsrailin Türkiyədən 9 türk vətəndaşının həlak olmasına görə üzr istəməsi və digər şərtləri yerinə yetirməsini ABŞ-ın uğuru kimi qiymətləndirmək yanlışdır"

Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu "Habertürk" qəzetinə müsahibəsində bildirib.

"Müxalifət hesab edir ki, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair razılıq tam olaraq ABŞ-a məxsusdur. Ancaq bu belə deyil. Əgər Türkiyə ABŞ-a təzyiq göstərməsəydi, rəsmi Təl-Əviv Ankaradan üzr istəməyəcəkdi", - Davudoğlu bildirib.

Onun sözlərinə görə, İsrailin Türkiyənin şərtlərini yerinə yetirməsi, ilk növbədə türk diplomatlarının qələbəsidir.

Nazir qeyd edib ki, yaxın vaxtda İsraildən olan nümayəndələr "Azadlıq donanması"na qarşı hərbi əməliyyatda həlak olmuş Türkiyə vətəndaşlarının ailələrinə kompensasiyaların ödənilməsi ilə bağlı bu ölkəyə səfər edəcəklər.

В этом разделе