Ciddə Astranomiya Cəmiyyətinin açıqlaması Səudiyyəni qarışdırdı

Ciddə Astronomiya Cəmiyyətinin Fitr bayramının səhv elan edildiyi xəbəri Səudiyyə din alimlərini hiddətləndirib.

Cəmiyyətin sədri Macid Əbu Zahrə keçən gün bildirmişdi ki, Günəşin işığı qərb üfüqünü örtür və Ay atmosfer qatının elə qatında yerləşir ki, onun görünməsi mümkün deyil. Amma Saturn planeti bu vaxtlar Səudiyyə Ərəbistanının bütün şəhərlərində adi gözlə görünür. Və Saturn planetini görənlər onu Şəvval ayının hilalı ilə səhv salıblar.

Əbu Zahre deyib ki, əgər Səudiyyəni ayrı-ayrı məntəqələrə bölsək, o zaman hilal ölkənin Şərqində Günəşdən tez, ər-Riyadda isə 1, Qərbdə 2, Ciddədə isə 4 dəqiqə sonra qürub etmişdir. Bu da o deməkdir ki, hilalı görmək qeyri-mümkün olub. 

Buna cavab olaraq Səudiyyyə Ərəbistanının baş müftisi Əbdüləziz bin Abdullah əş-Şeyx astronomiya alimlərinin nəzərlərini əhəmiyyətsiz adlandıraraq deyib ki, bayram gününə şəkk edənlər yalançıdırlar və onlar Peyğəmbər(s) sünnətinə iftira atırlar.

O deyib ki, bu söz-söhbətlər Allah və Rəsulunun(s) hökmünə müxalifdir. Çünki Şəvval ayının hilalı adil şəxslər tərəfindən görünmüşdür.

Digər vahhabi alimi Şeyx Abdulah Muni də bildirib ki, Malik Əbdüləziz Universitetinin astronomları bildiriblər ki, avqust ayının 29-u Ay Günəşdən 3 dəqiqə tez qürub edəcəkmiş. Bu qeyri-mümkündür.(!) Əgər iki nəfər adil şəxs yeni ayın hilalının doğmasını bildirərlərsə, onların şəhadəti qəbul edilir. Və iki nəfər avqust ayının 29-u Şəvval ayının hilalının doğmasını şəhadət veriblər.

/ahlibeyt.az/

В этом разделе