Çavesdən Əsədə dəstək mesajı

Venesuela prezidenti Uqo Çaves Suriya hökümətinə dəstəyinin davam edəcəyini açıqlayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, suriyalı müxalif qüvvələri terrorçu adlandıran Çaves hər zaman Suriyaya dəstək olacağını bildirib. Çavez jurnalistlərə verdiyi açıqlamada müttəfiqi Bəşər Əsədin qanunu hökümətə liderlik etdiyini vurğulayıb. Çaves Suriyada baş verənlərə görə ABŞ hökümətini günahlandırıb: " Suriyada baş verən fəlakətdən ən çox Amerika məsuliyyət daşıyır".

В этом разделе