Bu gün Türkiyə prezidentinin Rusiyaya səfəri başlayır

Rusiya kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, Türkiyə dövlət başçısı səfər çərçivəsində sentyabrın 7-8-də Yaroslavlda keçiriləcək Qlobal Siyasi Forumda iştirak edəcək

Qlobal Siyasi Forumda Almaniya kansleri Angela Merkel və Latviyanın sabiq prezidenti Valdis Zatlersin də iştirak edəcəyi gözlənilir-ANS PRESS xəbər verir.

Qeyd edək ki, forum çərçivəsində Türkiyə prezidenti Abdullah Gülün rusiyalı həmkarı Dmitri Medvedev və Almaniya kansleri Angela Merkellə görüşü gözlənilir.

Gül-Medvedev görüşü zamanı bir sıra məsələlərlə yanaşı, Qarabağ münaqişəsi, Əfqanıstan, İraq, Livan, Misir və Suriyadakı vəziyyət diqqət mərkəzində olacaq.

В этом разделе