Bu gün Əhməd Davudoğlu İrana işgüzar səfərə gedəcək

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ikignlük işgüzar səfərlə bu gün Tehrana gedəcək

SalamNews-un "İhlas"a istinadla verdiyi xəbərə görə, yanvarın 4-5-də reallaşdırılacaq səfər çərçivəsində Ə.Davudoğlu İranın xarici işlər naziri Əli Əkbər Salihi ilə görüşəcək. Görüş zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə ediləcək. Həmçinin Suriyadakı və İraqdakı hadisələr, İranın nüvə proqramı kimi aktual mövzular da diqqət mərkəzində saxlanılacaq.

В этом разделе