Böyük İslam alimi bu addımı zülmə etiraz əlaməti olaraq atıb
Əhli-beyt (ə) davamçılarının mərceyi-təqlidi Ayətullah Seyid Əli Sistani bu gün Nəcəf elmi hövzəsində keçirilməli olan bütün dərsləri təxirə salıb. Alimin dəftərxanasından bildiriblər ki, Ayətullah Sistani Bəhreyndə müdafiəsiz və dinc müsəlmanlara qarşı Bəhreyn və Səudiyyə hökuməti tərəfindən qətliama etiraz olaraq bu addımı atıb və xalqa öz dəstəyini ifadə edib, - "Deyerler" "Tabnak"a istinadən xəbər verir.
Xatırladaq ki, Ayətullah Sistani bir müddət əvvəl də Bəhreyn, Səudiyyə və BƏƏ-yə xəbərdarlıq edərək bildirmişdi ki, təhlükəsizlik qüvvələri insanların dinc nümayişlərini və haqlı tələblərini vəhşicəsinə yatırılmasını dərhal dayandırmalıdır.