Bu gün ABŞ ordusu İraqı tərk edir

İyunun 30-dan sonra İraqın şəhərlərində, o cümlədən, Bağdadda Amerika ordusunun yalnız qeyri-döyüş hissələri qalacaq

ABŞ, bu gün hərbi hissələrinin İraq şəhərlərin çıxarılmasını başa çatdıracaq. "Associated Press" agentliyi xəbər verir ki, bu, Amerika qoşunlarının 2011-ci ilin sonunadək İraqdan tam çıxarılması ilə bağlı razılaşmaya əsasən həyata keçirilir.

İyunun 30-dan sonra İraqın şəhərlərində, o cümlədən, Bağdadda Amerika ordusunun yalnız qeyri-döyüş hissələri qalacaq. Onların vəzifələri İraq təhlükəsizlik qüvvələrinin təlimi və onlara ekspert yarldımının göstərilməsi olacaq 130 mindən artıq hərbi qulluqçudan ibarət Amerika kontingentinin əsas hissəsi isə iri şəhərlərdən kənardakı bir neçə bazada yerləşdiriləcək. Təhlükəsizliyin təminatı vəzifəsini isə öz üzərinə İraq ordusu və polisin 120 min döyüşçüsü götürəcək.

Yaxın Şərqdəki Amerika qoşunlarının komandanı Devid Petrus bildirib ki, Bağdad, Bəsrə və Mosulda İraq hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq üçün koordinasiya mərkəzləri yaradılacaq. Onların xahişi ilə ABŞ qoşunları kəşfiyyat informasiyasını təqdim edəcək və digər vacib yardımları göstərəcək. /ANS PRESS/


В этом разделе