BMT: "Qüdsdə 9 min fələstinli evsiz qalacaq"

Birləşmiş Millətlər Təşkilatı Qüdsdə onminlərlə fələstinlinin evsiz qalacağını açıqlayıb.

"Dünya Bülteni" saytının verdiyi xəbərə görə BMT-nin ictimaiyyətlə əlaqədar şöbəsinin açıqladığı hesabatada İsrail rejiminin Qüdsdə 500 evin dağıdılması üçün qərar qəbul etdiyini bildirib. Bu da 9 min fələstinlinin çöldə qalacağı deməkdir.

Hesabatda həmçinin qeyd edilib ki, əgər bu qərar icra olunarsa Qüdsdə evlərini itirmiş fələstinlilərin sayı 225 minə çatacaq. Xatırladaq ki, İsrail rejimi sökülən evlərin səbəbini sənədsiz olması ilə izah edir. "Dəyərlər"


В этом разделе