Black Water qüvvələri narkotikadan istifadə edib İraq vətəndaşlarını qətlə yetirir

İslamTimes – Amerikalı bir tacir elan etdi ki, Amerikanın İraqdakı Balck Water adlı qüvvələri (qoşunu) narkotik vasitələrdən istifadə etdikdən sonra təbii hallarından çıxaraq ölkə əhalisini qətliam edirlər.


İslamTimes-ın verdiyi məlumata əsasən amerikalı Havard Lori adlı bir tacir deyib: “Amerikanın İraqdakı Black Water adlı qrupu narkotik vasitələrdən istifadə etdikdən sonra təbii hallarından çıxaraq ölkə əhalisini qətliam edirlər.”

O əlavə edib: “Kokain kimi maddələr, müxtəlif həblər, həşiş və digər mümkün olan nəşələndirici maddələr Black Vaterdə mövcuddur.”

Black Water 2003-2009-cu illərdə İraqda ticarətlə məşğul olan Texaslı tacirə pul verərək, ondan Bağdaddakı hərbçilərin istifadəsi üçün narkotik maddələr gətirməyi tələb edib. Havard Lori bildirib ki, o şəxsən Amerika hərbçilərinin təşkil etdiyi gecə məclislərində iştirak edib və burada çoxlu miqdarda həşiş və kokainin olduğunu müşahidə edib. Tacir bunu da qeyd edib ki, Bağdadda keçirilən gecə əyləncələrindən sonra Black Water hərbçiləri şəhərə avtomatik silahlar vasitəsi ilə atəş açırmış. Lori maddələri CPA rəisindən aldığını və qrup başçısının ondan müqavilə müddətinin uzadılması üçün yardım istədiyini açıqlayıb.

В этом разделе