Bizə hücum olsa, Türkiyəni vuracağıq-İran

İranın Hava-Kosmos Qüvvələri komandiri, general Əmir Əli Hacizadə İrana qarşı ehtimal olunan hücumda Türkiyədə yerləşdirilən NATO RƏM sistemini hədəf alacaqlarını bildirib

SalamNews-un "Doğan" agentliyinə istinadla verdiyi xəbərə görə, general deyib: "Biz özümüzü hazırlamışıq, İrana hücum edilərsə, ilk addım kimi Türkiyədəki RƏM sistemini və daha sonra digər hədəfləri vuracağıq. Türkiyəyə sistem NATO-nun deyil, ABŞ-ın istəyi ilə İsraili qorumaq məqsədi ilə yerləşdirilir. Hazırda Sionist rejim (İsrail) işlərini ABŞ adından, ABŞ isə işləri NATO-nun adından icra edir. Buna baxmayaraq, türk xalqı şüurludur və biz inanırıq ki, bu ağıllı millət sui-qəsdin qarşısını alacaq. Müsəlman türk xalqı zamanı gəldiyində bu sistemi paramparça edəcək".

В этом разделе