Biz Fələstinin müstəqilliyini tanımırıq – İsrailin XİN rəhbəri

Aviqor Liberman belə bir bəyanat verib

İsrailin xarici işlər naziri Aviqdor Liberman argentinalı həmkarı Ektor Timermanla birgə mətbuat konfransında qeyd edib ki, BMT-nin Təl-Əvivlə məsləhətləşmələr aparılmadan Fələstin dövlətini tanınması bu sahədə bütün səyləri pozacaq və İsrailin regiondakı mövqeyinə zərbə vuracaq. Bu barədə SalamNews “İribNews” agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, Argentina keçən ilin dekabrında Fələstin dövlətinin 1967-ci il sərhədləri çərçivəsində yaradılmasını dəstəkləyib.

Hazırda fələstinlilər BMT Baş Assambleyasının dekabr sessiyasında müstəqil Fələstin dövlətinin tanınmasını BMT-dən tələb edirlər.

В этом разделе