İsrail baş naziri "Fəth"ə növbəti dəfə xəbərdarlıq edib
İsrail Fələstinin aparıcı "Fəth" və "HƏMAS" təşkilatları arasında əldə olunan razılığa etirazını davam etdirir. 313news.net-in "timetürk"ə istinadlı xəbərinə görə, İsrail Baş nazirinin mətbuat katibliyi Benyamin Netanyahunun daha bir bəyanatını yayıb. Bəyanatda Netanyahu Fəth təşkilatını "HƏMAS"la barışığı pozub, İsraillə sülhə çağırır.
İsrail hökumətinin başçısı Fəth-HƏMAS razılaşmasını sülh prosesinə "zərbə" adlandırıb: "Yarısı İsraili məhv etməyə çağıran və hətta terror başı Bin Ladenə tərif yağdıran hökumətlə necə sülh etmək olar?!".
Mətbuat katibi Netanyahunun Britaniya baş naziri Kameron və Fransa prezidenti Sarkozi ilə görüşlərində də oxşar çağırışlar edəcəyini bildirib.