Bəşər Əsədin amnistiya qərarı icra olunmağa başlayıb

Etirazlar zamanı saxlanılan məhbusların azadlığa buraxılması üçün hazırlıq işləri görülür

Suriyada Bəşər Əsədin amnistiya qərarı icra olunmağa başlayıb. Yerli medianın verdiyi məlumata görə, etirazlar zamanı saxlanılan məhbusların azadlığa buraxılması üçün Suriya rəsmilərinin ciddi nəzarəti altında hazırlıq işləri görülür. "Associated Press" onlarla məhbusun paytaxt Dəməşqin mərkəzi həbsxanasından çıxmağa hazırlaşması kadrlarını yayımlayıb- "anspress" xəbər verir.

Qeyd edək ki, ötən gün Suriya dövlət kanalı SƏNA, prezident Bəşər Əsədin ümumi əfv qərarı çıxardığını bildirmişdi. Qərarda nümayişlər zamanı saxlanılan etirazçılarla yanaşı, ordunu tərk edən əsgərlərin də əfv olunması öz əksini tapır.

В этом разделе