Bəşər Əsəd: “Suriyanın qonşuları terrorçulara kömək edir”

Suriya prezidenti Bəşər Əsəd Türkiyə KİV-lərinə növbəti dəfə müsahibə verib

 

Müsahibəsi zamanı Əsəd bildirib ki, Suriyanın qonşuları terrorçulara kömək edir, - "Deyerler" “CNN”-ə istinadən xəbər verir.

Bəşər Əsəd qeyd edib ki, onun hökumətinin devrilməsi damino effekti verə bilər. Bu, Yaxın Şərqdə vəziyyəti uzun illər üçün çox çətin vəziyyətə sala bilər.

Öz müsahibəsində Bəşər Əsəd bir daha Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı tənqid edərək onu Qərbin “kukla”sı adlandırıb. Onun sözlərinə görə, Qərb Suriyadakı vəziyyəti Türkiyənin vasitəçiliyi ilə katalizə edir.

 

В этом разделе