Bəşər Əsəd qüvvələri İmam Hüseynin (ə) qızının ziyarətgahını terrorçulardan azad etdi

Hökumət qüvvələri ərazidəki terrorçuları məhv edib

 

"İslamazeri"yə Suriyadan verilən məlumata görə, İmam Hüseynin (ə) qızı hz.Səkinənin (s.ə) məzarının yerləşdiyi ziyarətgah kompleksi terrorçuların təcavüzündən azad edilib.

Verilən məlumatda bildirilir ki, Suriyanın paytaxtı Dəməşqin yaxınlığındakı Dəra bölgəsində yerləşən Seyyidə Səkinə(s.ə) ziyarətgahının ətrafında xüsusi təyinatlı "Əbulfəzl Abbas" briqadası tərəfindən tətbiq edilən sistematik plan əsasında hərbi əməliyyat uğurla başa çatıb və sabitlik təmin olunub.

Bu günə qədər ən ağır döyüşlərdən biri kimi qiymətləndirilən sözügedən hərbi əməliyyatda təhlükəsizlik qüvvələri müxalifləri ağır məğlubiyyətə uğradaraq böyük üstünlük əldə edib.

Qeyd edək ki, bundan sonra da Seyyidə Səkinə ziyarətganı xüsusi təyinatlı "Əbulfəzl Abbas" briqadasının qoruyacağı bildirilib.

 

В этом разделе